XƏBƏRLƏR / Parlament

Qətər Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Qətər Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qətər Dövlətinin Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanim Azərbaycana işgüzar səfərə gəlib.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, səfər çərçivəsində Şura Məclisinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.