XƏBƏRLƏR / Hərbi

Erməni diversantının şəxsiyyəti müəyyən edilir

Müdafiə Nazirliyinin məlumatı

Erməni diversantının şəxsiyyəti müəyyən edilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kəşfiyyat-diversiya qrupunun saxlanılan üzvünün şəxsiyyəti müəyyən edilir.

    Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində saxlanılan üzvünün ilkin araşdırmalara görə 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu ehtimal edilir. 

    Saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkar edilib. İlkin ifadələrində Q.Voskanyan 44 günlük müharibədə iştirakını etiraf edib.

    Qeyd edək ki, yüngül yaralanmış erməni diversanta hərbi həkimlərimiz tərəfindən ilkin tibbi yardım göstərilib.