Ehtiyatda ("zapas"da) zabit olmur. Zabit hər zaman, hər yerdə zabitdir. Ömürlükdür.
Hərbi zabit dövlətin onurğa sütunu, dayağı, şərəf və şöhrətidir. Onlar dar gündə, çətin vəziyyətdə həmişə dövlətin yanındadırlar. Əgər bu gün dövlətin, xalqın bu sahəyə böyük ehtiyacı varsa, əgər mən bunu bacarıramsa, niyə də bilik və bacarığımı ortaya qoymayım?!
Əslində məqsədim bu deyil. Məqsədim bu şəkli izah etməkdir. Erməni kaskasıdır. Güllə kecirmir. Şəxsən özüm əsgər qardaşlarımızdan xahiş etdim, 150-180 metrlik məsafədən muxtəlif kalibirlərdən hər birinə (5.45-7.62) üç atəş açdım. Zədələdi, ancaq güllələri qəbul etmədi. Bizdə isə nəinki güllə qəbul edir, beyin qatından kecərək o biri tərəfdən çıxır, bu yalniz yaxinlığa düşən mərmilərin yerdən qoparıb havaya qaldırdığı daş-kəsək və çınqıldan qorunmaq üçün yararlıdır, başqa heç nəyə yararlı deyil.
Görün bu cür kaskalar bizdən fərqli olaraq, neçə yüz və ya neçə min erməni əsgərini qoruyub. Tabeçiliyimdə kifayət qədər 44 gunluk, 23 saatliq muharibədə iştirak etmiş əsgərlər var. Hərbçilərin başlarında kaska olmasına baxmayaraq başdan vurulanı, zirehli gödəkçənin "vorotnik"indən keçərək boğaz nahiyəsindən şəhid olanları olub. Mən də bilirəm zirehli gödəkçənin "vorotnik"ində metal olmur. Mən də müharibədə ilk vaxtlar ürəyimin üstündəki cibimə, ağır da olsa, əl boyda dəmir parçası qoyurdum, elə bilirdim urəkdən başqa hara dəysə, sağ qalaram. Belə deyil!
Biz gələcək üçün 44 günlük muharibənin hər detalını, nöqtəsini və vergülünü analiz etməliyik. Birini mən etdim, erməni kaskası güllə keçirmirmiş!
P.S. Bir az ağır olsa da, içi çox rahatdır, əzmir, kəsmir.