Erməni KİV: Makron gələn ay Ermənistana gələcək
Səfər Ermənistanın Müstəqillik Gününə təsadüf etməlidir
Fransa Prezidenti Emmanuel Makron sentyabrın 21-də Ermənistana səfər edəcək.
Bu barədə erməni qəzeti Fransadakı erməni icmasına istinadən xəbər verir.
Hazırda Ermənistanın Müstəqillik Gününə (21 sentyabr) həsr olunmuş səfərin təfərrüatları müzakirə olunur.
Xatırladaq ki, fevralın 21-də Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronu 2024-cü ilin sentyabrında Ermənistana dövlət səfərinə dəvət edib.