XƏBƏRLƏR / Hərbi

Hərbi qulluqçumuz əlverişsiz hava şəraitində azaraq itib

Müdafiə nazirliyi xəbər verir YENİLƏNİR

Hərbi qulluqçumuz əlverişsiz hava şəraitində azaraq itib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:29

    Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin saxlanılması barədə məlumatı təsdiqləyib.

    MTX-dan verilən məlumata görə, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan-Ermənistan şərti sərhədinin Syünik vilayətinin Teğ icması istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi təmas xəttini keçib.

    ***

    12:07

    Hərbi qulluqçumuz əlverişsiz hava şəraitində hərəkət istiqamətini itirərək azıb

    Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. 

    Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

    Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

    ***

    12:00

    Ermənistanın Milli Təhlükəsizlik Xidməti keçən gecə Azərbaycan hərbçilərinin Sünik rayonunun Tex kəndi ərazisindən sərhədi keçərək respublika ərazisinə soxulması ilə bağlı xəbəri nə təsdiq, nə də təkzib edib.

    ***

    Erməni mətbuatı bu gecə Dığ (Tex) kəndi yaxınlığında azərbaycanlı hərbçinin saxlanıldığını, daha birinin isə axtarışlarının davam etdiyini yazır.

    Çox güman ki, hərbçilər əlverişsiz hava şəraiti səbəbindən azıb, ermənilərin nəzarətində olan ərazilərə düşə bilər.

    Azərbaycan Müdafiə Nazirliyi yayılan məlumatlara hələlik münasibət bildirməyib.