Ermənilər: "Çevriliş hazırlayırlar! Ölkəni dağıdırlar!"
"Hamı həbs edilməlidir!.." VİDEOREPORTAJ
Ermənistanda daxili siyasi gərginlik artmaqda davam edir.
Baş nazir Nikol Paşinyanla erməni kilsəsi arasında gərginləşən münaqişə, eləcə də son günlər rusiyalı milyarder Samvel Karapetyanın həbsi fonunda ölkədə dövlət çevrilişinə cəhdlə bağlı axtarışlar və həbslər başlayıb. Buna səbəb “Çevriliş planı” adlı sənədin dərci olub.
İrəvanda və digər ərazilərdə hüquq-mühafizə orqanları “Müqəddəs mübarizə” hərəkatının tərəfdarları arasında bir sıra axtarışlar və həbslər həyata keçirib.