XƏBƏRLƏR / Hərbi

Ermənilər indi də Ağdam istiqamətində aktivləşib

Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri mövqelərimizi atıcı silahlardan atəşə tutub

Ermənilər indi də Ağdam istiqamətində aktivləşib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdam istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb.

    Sentyabrın 17-si saat 17:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

    Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.