XƏBƏRLƏR / Hərbi

Xankəndidə yenə avtomat və qumbaralar tapıldı

DİN xəbər verir

Xankəndidə yenə avtomat və qumbaralar tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Polis əməkdaşları martın 4-də Xankəndi şəhərində avtomat və qumbaralar aşkarlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbirlərlə ötən gün Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 5 ədəd tüfəng, 9 ədəd qumbara, 10 alışdırıcı, 45 patron darağı, 1845 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.