XƏBƏRLƏR / Hərbi

Ermənilər Kəlbəcərdə kəşfiyyat uçuşlarına cəhd ediblər

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

Ermənilər Kəlbəcərdə kəşfiyyat uçuşlarına cəhd ediblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fevralın 14-ü saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstibulaq yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    "Bölmələrimizin sayıqlığı nəticəsində pilotsuz uçuş aparatı geri qayıtmağa məcbur edilib, təxribatın qarşısı alınıb", məlumatda deyilir.