XƏBƏRLƏR / Hərbi

Türkiyə 4 ölkəyə “ANKA” PUA-sı təslim edəcək

Bu barədə “Anadolu” agentliyi xəbər yayıb

Türkiyə 4 ölkəyə “ANKA” PUA-sı təslim edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə 2023-cü ilin sonunadək dörd ölkəyə “ANKA” pilotsuz uçuş aparatlarını təslim edəcək.

    Bu barədə “Anadolu” agentliyinə açıqlamasında “ANKA” layihəsinin Baş məhsul mühəndisi Ziya Doğan bildirib.

    O qeyd edib ki, gələn il “ANKA” PUA-larının ixrac ediləcək ölkələrə daha bir ölkə əlavə olunacaq. Doğan, həmçinin əlavə edib ki, ölkə daxilində “ANKA” PUA-larının ümumi uçuş müddəti təxminən 200 min saata çatıb.