Ermənilər müsəlman olur? VİDEOREPORTAJ

"Mən peyğəmbərlərdən biriyəm! İnsanlar kütləvi şəkildə qaçır! Ermənistan xilas edilməlidir!"

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Etirazçılar Yerevanın mərkəzi küçələrini yenidən doldurur. Onların məqsədi aydındır: Baş nazir Nikol Paşinyanı devirmək və nəyin bahasına olursa-olsun hakimiyyəti ələ keçirmək.

    Onlar əvvəlki kimi Qarabağ ermənilərindən öz çirkin məqsədlərinə çatmaq üçün istifadə etməkdən çəkinmirlər. 2023-cü ilin sentyabrında Azərbaycan vətəndaşlığından çıxıb Qarabağı tərk edən bir qrup Qarabağ ermənisi növbəti dəfə Ermənistan hökumət binası qarşısına toplaşıb.

    Mitinqin iştirakçıları arasında “Artsaxın dirçəldilməsi” komik adı olan hərəkatın koordinatoru Anastas İsraelyan da olub.