Ermənilər Rusiyanın qorxusundan abidəni təhqir edənə iş açıb
İrəvanda Leninqrad Blokadasında şağ qalan uşaqlarla bağlı ucaldılmış abidəni Samvel Şirinyan adlı şəxs təhqir edib Rusiya XİN İrəvanda abidənin təhqir olunmasını qətiyy
Ermənistan İstintaq Komitəsi İrəvanda Leninqrad Blokadasında şağ qalan uşaqlarla bağlı ucaldılmış abidənin təhqir olunması ilə bağlı cinayət işi açıb.
Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.
Onun sözlərinə görə, abidənin təhqir olunması ilə bağlı mediada gedən materiallar araşdırıldıqdan sonra xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Komitə sözçüsü bildirib ki, istintaq artıq bunu törədən şəxsin kimliyini müəyyən edib.
Ermənistan vətəndaşı Samvel Şirinyan şübhəli şəxs qismində polisə çağırılıb. Şirinyanın sosial şəbəkələri nəzərdən keçirilib və müəyyən edilib ki, vətəndaş qatı antirus mövqelərindən çıxış edir.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrin erməni seqmentində bir şəxsin abidəyə qoyulan əklilləri əzdiyini, Rusiya bayrağının rənglərini əks etdirən lentləri tapdaladığını əks etdirən video yayılıb.
Daha sonra Ermənistanın Baş Prokurorluğu abidənin təhqir olunması ilə bağlı onlara müvafiq müraciətin daxil olduğunu və bununla bağlı qanun çərçivəsində tədbir görüləcəyini bildirib.
Rusiya Federasiyası İrəvanda Leninqrad blokadası uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunmasını vandalizm aktı adlandırıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın yazılı bəyanatında bildirilib.
Rusiya XİN sözçüsü abidə ilə bağlı baş verən vandaliz aktını qətiyyətlə pisləyib.