Ermənilər Şuşanın Sarıbaba kəndini boşaltdılar
Bu barədə "Sputnik Armenia" xəbər yayıb
Şuşa şəhərinin Sarıbaba (ermənilər Yextsahoq deyirdilər) kəndinin erməni sakinləri Rusiya sülhməramlılarının müşayiəti ilə Kornidzor şəhərinə "təxliyə ediliblər".
"Sputnik Armenia"nın məlumatına görə, bu, BQXK nümayəndələri tərəfindən artıq qarşılanan 30-a yaxın erməniəsilli şəxsdir.
Kənd Laçın-Xankəndi yolundə yerləşit.
Xatırladaq ki, kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Jurnalist Salatın Əsgərova da 1991-ci ildə məhz bu kənddə qətlə yetirilmişdi. Bir müddət bu kənd Salatınkənd adlanırdı. Lakin 1999-cu ildə kəndin adı Sarıbaba yüksəkliyinə görə Sarıbabaya dəyişdirilib.