Ermənilər üçün növbəti dəfə yanacaq göndərildi
Yük avtomobilləri Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus 2 nəqliyyat vasitəsi ilə Qarabağın erməniəsilli sakinləri üçün yanacaq göndərilib.
Yük avtomobilləri Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Yük avtomobillərində 30 ton Aİ-92 markalı benzin, 34 ton dizel yanacağı aparılıb.
Qeyd edək ki, yanacaq 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq göndərilib.