Ermənilərin 230 qoyunu itib. Azərbaycandan şübhələnirlər
Ermənistan müdafiə naziri ölkə ərazisinə daxil olmaq cəhdləri olmadığı barədə bəyanat yayıb
Ermənistanda qoyunların Azərbaycan tərəfə keçməsi şəraitini öyrənirlər.
Bu, “müvafiq orqanlar” tərəfindən həyata keçirilir - bunu Ermənistan Müdafiə Nazirliyi bildirib.
Nazirlik qeyd edir ki, insidentlər, atəşkəs rejiminin pozulması və xüsusilə Ermənistan ərazisinə daxil olmaq cəhdləri olmayıb.
Bundan əvvəl Ermənistan KİV-ləri azərbaycanlıları sərhədyanı erməni kəndlərindən birinin sakinlərinin, heç bir əsasları olmadan, 230 qoyunlarını oğurlamaqda ittiham edib.