Ermənipərəst Menendes istefa verdi
Bu barədə ABŞ Konqresinin yuxarı palatasının demokrat çoxluğunun rəhbəri Çak Şumer açıqlama yayıb
Ermənipərəst Robert Menendes Amerika hüquq-mühafizə orqanları tərəfindən irəli sürülən korrupsiya ittihamı ilə əlaqədar ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən müvəqqəti olaraq istefa verib.
Bu barədə ABŞ Konqresinin yuxarı palatasının demokrat çoxluğunun rəhbəri Çak Şumer açıqlama yayıb.
ABŞ Konqresindəki ermənipərəst senator Menendesin qızıl külçələr şəklində rüşvət aldığı iddia edilir və hazırda federal prokurorlar tərəfindən istintaq altındadır. 400 min dollar dəyərində qiymətləndirilən qızıl külçələrinin ona Fred Daibes adlı tərtibatçı tərəfindən verildiyi iddia edilir. Daibesin federal bank ittihamları ilə üzləşdiyi üçün Menendesə rüşvət verdiyi bildirilir.
Hələ 2012-ci ildə, Robert Menendes ABŞ Senatına yenidən seçilməzdən əvvəl nalayiq davranışda, o cümlədən Dominikan Respublikasında iki azyaşlı fahişə ilə münasibətdə olmaqda ittiham edilmişdi. Lakin dəlil çatışmazlığına görə senatora qarşı rəsmi ittiham irəli sürülməmişdi.
ABŞ Konqresində antiazərbaycan və antitürk siyasətini dəfələrlə dəstəkləyən Menendes 2015-ci ildə də cinayət məsuliyyətinə cəlb edilmişdi. Senator o vaxt korrupsiya və qəsdən fırıldaqçılığın bir neçə növü də daxil olmaqla, 14 maddə üzrə, o cümlədən “dövlət vəzifəsində olan zaman vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığmaması” faktının gizlədilməsi maddəsi üzrə ittiham olunurdu.