Ermənistan DİN Qarabağ ermənilərinə çağırış etdi
"Silahlarınızı təhvil verin!"
Ermənistan Daxili İşlər Nazirliyi Qarabağdan köçənlərə müraciət edib.
"Sputnik Armenia" xəbər verir ki, müraciəti nazir Vahe Qazaryanın özü parlamentdə səsləndirib.
O, Qarabağ ermənilərinə özləri ilə gətirdikləri silahları təhvil verməyə çağırıb.
"Müəyyən miqdarda silah və sursat daşınmasına dair sübutlar var. Artıq onların könüllü təslim olma halları da var. Hüquq-mühafizə orqanları izahat işləri aparır", - o əlavə edib.