Ermənistan Hindistandan ən çox silah alan ölkələrdən biridir
Bu barədə Hindistanın IADN agentliyi məlumat yayıb

Ermənistan Hindistandan ən çox silah alan ölkələrdən biridir.
Bu barədə Hindistanın IADN agentliyi Müdafiə Nazirliyinin statistikasına istinadən məlumat yayıb.
Məlumata görə, 2024-2025-ci illərində Ermənistanın Hindistandan alacağı silahların ümumi dəyəri 600 milyon dollar təşkil edəcək.
Qeyd edək ki, 2021-ci ildən Ermənistan Hindistandan raketlər, artilleriya sistemləri, hava hücumundan müdafiə sistemləri və digər növ silahlar alır.