XƏBƏRLƏR / Hərbi

Ermənistan Hindistandan özüyeriyən haubitsalar alır

Bu barədə Hindistanın “Idrw” portalı məlumat yayıb

Ermənistan Hindistandan özüyeriyən haubitsalar alır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan Hindistandan özüyeriyən 155 mm-lik “MArG” (Multi-terrain Artillery Gun) haubitsaları sifariş verib.

    Bu barədə Hindistanın “Idrw” portalı məlumat yayıb.

    Qeyd edilib ki, keçən il Hindistana səfər edən Ermənistan nümayəndə heyəti “Kalyani Strategic Systems Limited” şirkətinin 155 mm-lik “MArG” haubitsalarının sınağını keçirib.

    Ermənistan nümayəndə heyəti Azərbaycanla münaqişə şəraitində yüksək dağlıq ərazidə istifadə üçün haubitsalar axtarıb və şirkət 8 ay ərzində hazırlanan özüyeriyən haubitsaları Ermənistana təklif edib. Sınaqlar 40 gün davam edib və erməni hərbçilərin kriteriyalarına cavab verib.

    Qeyd edək ki, keçən ilin noyabrında Hindistan mətbuatı Dehlinin Ermənistana 155 mm-lik ATAGS daşınan haubitsaları təklif etdiyini yazmışdı.