XƏBƏRLƏR / Hərbi

Tacikistan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib

Müdafiə Nazirliyi xəbər verir

Tacikistan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və Tacikistan respublikaları arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında görüş keçirilib.

    Görüşdə qonaqlara HHQ-nin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim olunub, 44 günlük Vətən müharibəsində HHQ-nin rolu haqqında məlumat verilib, pilotsuz uçuş aparatlarından istifadəyə dair fikir mübadiləsi aparılıb, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

    Plana uyğun olaraq, Tacikistan nümayəndə heyəti HHQ-nin hərbi hissələrini və hərbi təhsil müəssisələrini ziyarət edib.

    Tacikistanlı qonaqlara Azərbaycan Ordusunun arsenalında yer alan bəzi pilotsuz uçuş aparatları əyani olaraq göstərilib, qurğuların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.