Ermənistan kimi kasıb ölkə niyə 100 mln dollara silah alır?
Bu sualı MM sədri Sahibə Qafarova Bolqarıstan Xalq Məclisinin sədri Rosen Jelyazkov ilə görüşündə verib
Əgər Ermənistan həqiqətən də sülh istəyirsə və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyirsə, niyə belə tez silahlanır? Yaxud Ermənistan kimi kasıb ölkə niyə 100 milyon dollarlıq silah alır?
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Xalq Məclisinin sədri Rosen Jelyazkov ilə görüşündə deyib.
Ermənistan əldə etdiyi silahlardan Azərbaycanın suveren ərazisinə qarşı istifadə edir. Bu onu deməyə əsas verir ki, Ermənistanın sürətlə silahlanması dinc perspektivləri sarsıdır və region üçün yeni təhlükələrə gətirib çıxarır”, - Qafarova qeyd edib.