İran uranın zənginləşdirilməsinə 5 illik fasilə təklif edib
Bu barədə "The New York Times" (NYT) qəzeti yazır
NYT-nin məlumatına görə, İslamabadda ABŞ ilə danışıqlarda İran uranın zənginləşdirilməsini beş ilə qədər dayandırmağı təklif edib.
Tehran əvvəllər fevral ayında Cenevrədə keçirilən danışıqlarda da oxşar təkliflə çıxış etmişdi və bundan sonra Tramp İrana qarşı əməliyyat başlatmaq qərarına gəlmişdi. Qəzetin məlumatına görə, Pakistanda keçirilən görüşdə ABŞ İrana uranın zənginləşdirilməsinə 20 illik moratorium təklif edib.
Qəzetin fikrincə, nüvə proqramının dayandırılması müddətinin müzakirəsi tərəflərin razılığa gəlmək şansının olduğunu göstərir.
1 dəqiqədən az