XƏBƏRLƏR / Münaqişə

HƏMAS bütün 20 sağ qalan girovu azad edib YENİLƏNİB

Bu barədə AFR xəbər verib FOTO

HƏMAS bütün 20 sağ qalan girovu azad edib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 12:17

    HƏMAS israilli girovların qalan hissəsini də azad edib.

    AFP xəbər verir ki, HƏMAS 13 israilli girovu Beynəlxaql Qırmızı Xaç Komitəsinə təhvil verib.

    Bununla da HƏMAS bütün sağ girovları azad edib.

    Qeyd edək ki, bundan əvvəl 7 israilli girov azad edilmişdi.

    ***

    09:40

    İsrail Müdafiə Ordusu Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) ona 7 israilli girovun təhvil verildiyinə dair məlumat alıb.

    Bu barədə "Times of Israel" xəbər verir.

    Qətərin "Al-Araby" kanalı bildirib ki, hazırda HƏMAS-ın hərbi qanadı Qəzza şəhərində israilli girovları Qızıl Xaç Komitəsinə təhvil verir.

    HƏMAS mübadilə prosesinin çəkilişini qadağan edib.

    Azad edilənlərin ilk qrupu Eitan Mor, Gali və Ziv Berman, Matan Engerst, Omri Miran və Alon Ohel idi. Qay Gilboa-Dalal da sərbəst buraxılıb.