Qriqoryan Moskvadakı MDB TŞ katiblərinin görüşünə gəlmədi
Rusiya Prezidenti Vladimir Putin görüş iştirakçılarına videomüraciət ünvanlayıb

Noyabrın 8-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin illik toplantısı keçirilir.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, “MDB məkanında regional təhlükəsizliyin aktual problemlərinin, o cümlədən təhlükəsizlik sahəsində ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda praktiki qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsi” planlaşdırılır.
Rusiyanı iclasda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təmsil edəcək.
Ermənistan TŞ katibi Armen Qriqoryan görüşə gəlməyəcəyi barədə bəyanat verib. İrəvanı toplantıda Ermənistanın Rusiyadakı səfiri Aqarşak Arutunyan təmsil edir.
Rusiya Prezidenti Vladimir Putin görüş iştirakçılarına videomüraciət ünvanlayıb.