XƏBƏRLƏR / Hərbi

Ermənistan MTX hərbçimizin sərhədi keçməsi barədə

Faktla bağlı Ermənistanın Milli Təhlükəsizlik Xidməti “Azadlıq Radiosu”na məlumat verib

Ermənistan MTX hərbçimizin sərhədi keçməsi barədə
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan MTX Azərbaycan hərbçisinin sərhədi keçməsinə dair xəbərlərə münasibət bildirib

    Məlumatda deyilir: "Bizdə Azərbaycan Ordusunun hərbi qulluqçusunun Azərbaycan-Ermənistan sərhədini keçməsi barədə hər hansı məlumat yoxdur".

    Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətindən “Azadlıq Radiosu”nun erməni xidmətinin sorğusuna cavab olaraq bildirilib.

    Bildirilib ki, sözügedən faktı təsdiqləyəcək hər hansı informasiya olarsa, ictimaiyyət bununla bağlı məlumatlandırılacaq.