BLOQ

Ermənistan növbəti müharibəni istisna etmir

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib

Ermənistan növbəti müharibəni istisna etmir
  • Oxuma müddəti:

    3 dəqiqə

  • "Mən təklif edirəm ki, mümkünsə, sətirlə, qırmızı şriftlə yazaq ki, Ermənistanda qanunla heç kimin nəyisə təhvil vermək hüququ yoxdur, bu, qanunla qadağandır, ikincisi, bu, istənilən halda Ermənistan Respublikasının hər hansı ərazisinə aiddirsə, Ermənistan hökuməti bunu müzakirə etmək fikrində deyil". Ermənistan parlamentinin spikeri Alen Simonyan İctimai Televiziyanın efirində Tavuşun dörd kəndinin ərazilərinin qaytarlması mövzusuna toxunaraq deyib.

    “Üçüncüsü, Zəngəzur dəhlizindən söhbət gedəndə bunun nümunəsi var idi. Biz açıq şəkildə bildirdik ki, bizə nəsə tətbiq edilərsə, mübarizə aparacağıq, sona qədər mübarizə aparacağıq. Və bu gün mövcud olan o şayiələr iyrənc fərziyyədir, çünki “hə, risk var” desək belə, deyirik ki, biz bu yaxınlarda müharibədə uğursuzluğa düçar olmuşuq, əgər bizə nəsə təlqin edilsə, Ermənistan hökumətinin cavabı birmənalıdır - biz mübarizə aparacağıq və əgər biz uduzsaq və onu götürsələr, yenə də döyüş yolu ilə olacaq. Və heç kim Ermənistanın əraziləri ilə bağlı nəyisə müzakirə edə bilməz, müzakirə etmirik və etməyəcəyik”.

    Alen Simonyan özü ilə gətirdiyi Almatı bəyannaməsini göstərib və deyib ki, bu xəritədə Ermənistan-Azərbaycan sərhədinin Tavuş vilayətinin sərhəd rayonlarında harada yerləşdiyini göstərilir.

    “Azərbaycanın qeyd etdiyi bu kəndlər bunlardır: Bağanıs-Ayrım, Aşağı Əskipara, Xeyrimlı və Qızıl Hacılı.  Həm də ki, sonuncu kənd indi onlardadır (Azərbaycan nəzərdə tutulur-red.) yerləşir. Bütün məntiq ondan ibarətdir ki, biz Voskeparı (Əskipara-red.) təslim edirik deyirlər, hansı ki, Voskepardan danışırıq, bunlar savadsız bəyanatlardır ki, ya məlumatsızlıqdan, ya da təxribat yaratmaq, Ermənistanda daxili siyasi prosesləri başlatmaq üçün verilir. Bütün söhbət ondan gedir ki, biz bu sahədə delimitasiya aparmağa hazırıq: bizim olan bizim qalacaq, onların olan onlara qalsın. Burada kommunikasiya məsələsi də yaranır, bu ərazidə qaz xətti yoxdur. Yolun bir hissəsi var, bu haqda danışanda başa düşəcəyik ki, yolun bu hissəsi ilə nə edəcəyik, bizim mövqeyimiz ondan ibarətdir ki, bir neçə kilometr kənara öz yolumuzu çəkə bilərik”.

    “Ermənistan bunu təhdid altında edirmi?” sualına Alen Simonyan cavab verib ki, bu, təhdid altında deyil, Ermənistanın buna ehtiyacı olduğu üçün edilir: “Biz deyəndə ki, Ermənistanın kadastr sertifikatı olmalıdır, bu mücərrəd bir şey ola bilməz” 

    Parlament sədri “Bu ərazilər verilsə, Azərbaycan bu sərhəd tanısa...” sualına belə cavab verib: “Yaxşı, o, nə etməlidir, təbii ki, bizim sərhədimizi tanıyanda öz sərhədini tanıyacaq, burada Azərbaycanın sərhədi də bizim tanınmağımızla bağlıdır".

    Simonyan bunu da deyib: "Biz öz ərazimizdə döyüşəndə ​​bütün dünya bizi qorumağa hazırdır, yad kimi qəbul edilən ərazidə döyüşəndə ​​isə bütün dünya susur”.