Ermənistan ordusu Azərbaycanla sərhəddə gərginlik yaradır
Bu barədə caliber.az saytı VİDEO yayıb

Aprelin 7-də Azərbaycanla Ermənistan arasında şərti sərhədin Qazax hissəsində iki insident qeydə alınıb.
VİDEO
- Sərhədin cəmi 115 metrliyində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu iriçaplı silahı Azərbaycan ərazisinə tuşlayıb. Atışma baş verməyib, lakin bu jest açıq şəkildə təxribat xarakteri daşıyırdı.
- Həmin gün sərhəddən təxminən 6 km aralıda 12 ədəd D-30 haubitsasının yerləşdirilməsi qeydə alınıb. Silahlar Azərbaycandakı hədəflərə istiqamətlənib.
Bakı düşmənin hər bir hərəkətini qeydə alır və təhlil edir. Lazım gələrsə, cavab dəqiq və mütənasib olacaqdır.