BLOQ

Ermənistan ordu bölmələri hələ də Azərbaycandadır

Ermənistan ordu bölmələri hələ də Azərbaycandadır
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ermənistan Respublikası (ER) Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 19-da “Armenpress”ə müsahibə verib. Bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin müharibə zamanı Dağlıq Qarabağa daxil olan bölmələri Ermənistana qayıdır. O, etiraf edib ki, “ER Silahlı Qüvvələrinin bir sıra bölmələri “DQ Müdafiə Ordusu"nun köməyinə gəlib. Atəşkəs rejiminin yaradılmasından və Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağa yerləşdirilməsindən sonra, ER Silahlı Qüvvələrinin bölmələrinin Dağlıq Qarabağdan çıxarılması tamamilə təbiidir". Siyasətçi əlavə edib ki, proses sentyabrda başa çatacaq.

    Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ilin birinci yarısının ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyinin ona Ermənistan hərbçilərinin müvəqqəti hərbi birləşmənin ərazisini tərk edəcəyi ilə bağlı söz verdiyini tənqid edib. İyun ayında Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazidən Ermənistan ordusunun bölmələri hələ də çıxarılmayıb və proses əsassız olaraq uzadılır.

    İndi isə cənab Qriqoryana müvafiq təklifdən sonra (təklifi İrəvanda olan Sergey Narışkin verə bilərdi) o, Qarabağda təkcə separatçı yaraqlıların nümayəndələrinin deyil, həm də onun nizami hissələrinin də olduğunu açıq etiraf etməyə məcbur oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, RSK-nın yerləşdirilməsi ilə paralel olaraq Ermənistan ordusu Azərbaycan ərazisini tərk etməlidir.

    Beləliklə, Ermənistan tərəfi faktiki olaraq etiraf etdi ki, iki ilə yaxındır, üçtərəli sazişin əsas bəndlərindən birini kobud şəkildə pozur. Bundan başqa, rəsmi İrəvan Azərbaycanın daxili işlərinə birbaşa silahlı müdaxilə və Ermənistan ordusu tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak faktını təsdiqləyib. Deməli, onlar 2020-ci il noyabrın 10-dan sonra əsir düşmüş hərbi əsirlərin azad edilməsi məsələsini qaldırarkən, Ermənistan rəhbərləri Ermənistan ordusunun bölmələrinin hələ də Azərbaycan ərazilərində nə işlə məşğul olduğunu da izah etməlidirlər.