Ermənistan parlamenti TRIPP layihəsini müzakirəyə çıxarır
Bu barədə ölkənin xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Robert Abisoqomonyan bildirib
TRIPP (Tramp Marşrutu) layihəsi üzrə sazişin ratifikasiya üçün oktyabrın sonunda Ermənistan parlamentinə təqdim edilməsi planlaşdırılır.
Ermənistan medias xəbər verir ki, bu barədə ölkənin xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Robert Abisoqomonyan jurnalistlərlə söhbətində bildirib.
"Müvafiq prosedurlardan keçdikdən sonra nazirlik sənədi ratifikasiyaya təqdim edəcək. Dəqiq vaxtı deyə bilmərəm, lakin bu, oktyabrın sonuna planlaşdırılır", - o qeyd edib.
1 dəqiqədən az