"Ermənistan Qarabağın gələcəyini həll edə bilməz" YENİLƏNİR
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda geniş mətbuat konfransı keçirir
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda geniş mətbuat konfransı keçirir.
Azərbaycanın Artsaxa hücum edəcəyi təqdirdə Ermənistan ordusunun Artsaxı müdafiə edib-etməyəcəyi ilə bağlı suala Paşinyan cavab verib ki, Ermənistan ordusu Ermənistanın sərhədlərini qorumalıdır. Artsaxla bağlı danışıqlar aparılır ki, Artsaxa təcavüz olmasın.
***
Artsax nümayəndələri Ermənistanla razılaşmadan Laçın dəhlizinin marşrutunu dəyişməyə razılaşdılar, Ermənistan hakimiyyətini fakt qarşısında qoydular, - Paşinyan
***
Azərbaycanla danışıqları istisna edən Qarabağdan verilən bəyanatlar o qədər də aydın deyil, bu, fəlakətə gətirib çıxaracaq.
***
Aydındır ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi sülhə zəmanət vermir, lakin onun olmaması müharibə riskini ikiqat artırır, - Paşinyan
***
"Mən hələ də Ermənistanın baş naziriyəm, çünki müxalifətin bir yarısı “Satqın dedi, Artsax Ermənistandır”, digər yarısı “Satqın dedi ki, Artsax Ermənistan deyil!” deyir. Bu, onların ittihamlarında ziddiyyətə gətirib çıxarır və buna görə də mən hələ də Baş nazirəm,"- Paşinyan
***
Ermənistanla həmsərhəd olan ölkələrin heç biri digəri ilə qarşıdurma münasibətlərinə malik deyil və hətta ən aktual məsələlərin həlli düsturu da maraqların tarazlığı hesabına daha effektli olan əməkdaşlıq siyasətidir. Bu baxımdan, İran və Gürcüstanla münasibətlərimizin təbii şəkildə inkişaf etdiyini və bundan sonra da inkişaf etməli olduğunu nəzərə alsaq, Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşdırılması zərurətdir.
Əgər kimsə deyirsə ki, Ermənistan qarşıdurma rejimində yaşamağa davam etməlidir, deməli, o, əslində Ermənistan Respublikasının dövlətçiliyinə, dövlətinin mövcudluğuna, suverenliyinə və müstəqilliyinə şübhə ilə yanaşır: Nikol Paşinyan
***
Ümid edirəm ki, xarici işlər nazirlərinin bu gün Moskvada keçiriləcək görüşündə biz sülh müqaviləsinin bir neçə maddəsi üzrə razılığa gələ biləcəyik və Laçın dəhlizinin açılması ilə bağlı qərara gələ biləcəyik, - Paşinyan
***
Biz düşünməliyik ki, Ermənistan-Azərbaycan sülh müqaviləsində Dağlıq Qarabağ probleminin həllinə toxunmağa dəyərmi, yoxsa başqa məntiqi rəhbər tutmalıyıq - Paşinyan
***
Bakı danışıqlar masası arxasında heç vaxt Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini müzakirə etməkdən imtina etməyib - Paşinyan
➖Lakin Azərbaycan nümayəndələrinin ictimai bəyanatlarında belə bir hazırlıq görünmür, Ermənistanın baş naziri mətbuat konfransında bildirib.
➖Ermənistan və Azərbaycan bir-birinə güvənmir. Bu inamsızlığı aradan qaldırmaq üçün addımlar atılmalıdır.
➖Məhz mövcud inamsızlıq səbəbindən Stepanakertlə (Xankəndi - ANSPress) Bakı arasında səmərəli dialoq yalnız beynəlxalq mexanizm çərçivəsində mümkündür.
***
İrəvan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etmək variantını nəzərdən keçirir və Təhlükəsizlik Şurasına daxil olan ölkələrlə əlaqə saxlayır.
Təhlükəsizlik Şurası Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrasına nəzarət etməlidir, lakin unutmamalıyıq: bu struktur siyasidir və müraciət yaxşı hazırlanmalıdır, - Nikol Paşinyan deyib.
***
İlk suala cavabında o deyib ki, "Ermənistan Respublikası Dağlıq Qarabağın gələcəyini həll edə bilməz. Biz Bakı-Stepanakert (Xankəndi - ANS Press) ünsiyyəti üçün beynəlxalq mexanizmin yaradılmasının tərəfdarıyıq."
***
Paşinyan keçirdiyi brifinqdə Dağlıq Qarabağın Rusiyaya daxil olması ilə bağlı heç vaxt danışıqlar aparmadığını bildirib.
***
Paşinyan bildirib ki, o, Mişel və Əliyevlə Ağdam vasitəsilə Stepanakertə (Xankəndi - ANS Press) [Bakının təklif etdiyi] humanitar dəhliz məsələsini müzakirə etməyib. "Dedim ki, mənim mandatım yoxdur və bu məsələni müzakirə etməyə ehtiyac yoxdur."
O əlavə edib ki, bu dəhlizlə bağlı sənədin altında onun imzası olduğu üçün yalnız Laçın dəhlizi məsələsini müzakirə edə biləcəyini bildirib.
***
Bizim üçün regional qarşıdurmadan uzaq olan siyasətinin inkişafı həyati əhəmiyyət kəsb edir.