XƏBƏRLƏR / Hərbi

Ermənistan Rusiya ilə müdafiə müqavilələrindən imtina edib

İrəvan Hindistandakı özəl təşkilatlarla müqavilələr imzalayıb

Ermənistan Rusiya ilə müdafiə müqavilələrindən imtina edib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ermənistan Rusiya ilə müdafiə müqavilələrindən imtina edib, Hindistandakı özəl təşkilatlarla müqavilələr imzalayıb, 500 milyon dollar köçürüb, lakin tədarükü müqavilədə nəzərdə tutulan silahların heç 5 faizini belə almayıb - deyə "Joxovurd" yazır.

    “Nəşrin Ermənistan və Rusiyadakı mənbələrinə əsasən məlum olub ki, Ermənistan Müdafiə Nazirliyi ilə Rusiyanın SMERÇ tipli raketlər istehsal edən zavodu “NPO Splav SC” arasında müqavilə imzalanıb, ona əsasən Ermənistan üçün lazım olan raketləri Rusiya zavodu istehsal etməli idi. 

    Zavod Ermənistan Müdafiə Nazirliyinə bildirib ki, mallar çatdırılmağa hazırdır və onlar malları qəbul etmək üçün mütəxəssislər göndərə bilərlər. 1 il 3 aydan sonra Ermənistan Müdafiə Nazirliyi malları Ermənistana daşıya bilməyib. Məhsulları götürmək üçün “NPO Splav” ASC-nin zavodu 3 dəfə Ermənistan Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb, bu ölçüdə olan məhsulları anbarda uzun müddət saxlamaq mümkün olmadığından qısa müddətdə məhsullarını almaq xahişi ilə müraciət edib. Bu qədər müraciətdən sonra ER Müdafiə Nazirliyi yükün daşınmasını təşkil etməyib.

    Bundan başqa, məlum olub ki, 2020-ci il müharibəsindən sonra Rusiya Federasiyası Ermənistana 20 illik kredit müddəti ilə 1 milyard və 400 milyon dollar dəyərində silah və sursat təklif edib və verməyə hazırdır. 400 milyon dollarlıq müqavilə artıq təsdiqlənmişdi, müqavilələr imzalanmağa hazır idi və 1 milyard dollarlıq müqavilələrin iki ölkənin hökumətləri və maliyyə nazirlikləri tərəfindən təsdiqlənməsinə sayılı günlər qaldı. Lakin Ermənistan birdən-birə bu müqavilələrdən əl çəkdi və əvəzində Hindistandakı özəl təşkilatlarla müqavilələr bağlayıb.