XƏBƏRLƏR / Münaqişə

Ermənistan silahlı qüvvələrinin kvadrokopteri ələ keçirilib

Qurğu aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib

Ermənistan silahlı qüvvələrinin kvadrokopteri ələ keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

    Bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.