Ermənistan və Azərbaycan qarşılıqlı təminat tələb edir
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib
Ermənistan və Azərbaycan bir-birinə qarşı ərazi iddialarının olmamasına dair qarşılıqlı təminat tələb edir.
TASS xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının fəalları ilə görüşündə deyib.
"Biz Azərbaycandan, Azərbaycan isə bizdən əlavə qarşılıqlı təminat istəyir ki, bir-birimizə qarşı hər hansı gizli ərazi iddiası olmasın. Bu, işlək prosesdir və belə hesab edilməlidir", - o qeyd edib.