XƏBƏRLƏR / Hərbi

Gürcüstan Ermənistanla hərbi sahədə əməkdaşlıq edəcək

İrəvanda Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze Ermənistanlı həmkarı Suren Papikyanla sənəd imzalayıb

Gürcüstan Ermənistanla hərbi sahədə əməkdaşlıq edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan İrəvanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze ilə iki ölkənin müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planını imzalayıblar.

    Bundan əvvəl Gürcüstanın müdafiə nazirləri Juanşer Burçuladze Erməni Soyqırımı Memorialını ziyarət edərək, burada həlak olanların xatirəsini ehtiramla yad edib və əklil qoyub.

    Nazir Burçuladzenin başçılıq etdiyi nümayəndə heyətini Ermənistanın baş naziri Nikol Paşinyan da qəbul edib.

    Görüş zamanı təhlükəsizlik və müdafiə, eləcə də regional sülh və sabitlik sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə edilib.