BLOQ

Ermənistan və KTMT

Rusiya 25 il ərzində bu qədər resursu ona görə xərcləyib ki, indi Ermənistanı KTMT-dən xaric etsin...

Ermənistan və KTMT
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan xarici işlər nazirinin müavini KTMT-nin sonuncu sammitinin sənədlərinin hələ də Ermənistanda olduğunu və Ermənistanın baş naziri tərəfindən imzalanmadığını təsdiqləyib.

    Bu, mühüm prosedur məsələsidir... Sammitlərdə və təlimlərdə iştirak etməməyi hələ də başa düşmək və bağışlamaq olar ki, Ermənistanın iştirakı olmadan həyata keçirilir, lakin liderlərin sammitinin bütün sənədlərinin imzalanmasını gecikdirmək başqa şeydir...

    Əgər Paşinyan sənədlərə (Ermənistanla bağlı deyil, bu sənədlər KTMT-nin bir il ərzindəki fəaliyyəti ilə bağlı) imza atarsa, o zaman Ermənistanın guya təşkilatdan çıxmaq üçün bütün fəaliyyəti puça çıxır...

    Amma birdən imzalamasa, sırf prosedur olaraq təşkilatın fəaliyyəti dondurulacaq, bu isə ciddi məsələdir.

    Yəni, Paşinyan məhz KTMT-nin Ermənistanı öz sıralarından çıxarmasını istəyir... bu isə alınmayacaq...   axı Rusiya 25 il ərzində bu qədər resursu buna gərə xərcləməyib ki...