BLOQ

Azərbaycan qol vurduğunu sübut edir və etiraf gözləyir

Paşınyan niyə “sülh müqaviləsi imzalamağı” təkrar-təkrar səsləndirir?

Azərbaycan qol vurduğunu sübut edir və etiraf gözləyir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Paşinyan ATƏT-in Minsk Qrupunun buraxılması və Konstitusiyanın dəyişdirilməsi üçün Azərbaycanın ilkin şərtlərini yaxşı bilsə də, sülh müqaviləsinin razılaşdırılmış mətninin imzalanması çağırışını tez-tez təkrarlayır...

    Bu ilkin şərtlər artıq bir neçə ildir təkrar olunur və bu nə Paşinyan, nə də ona yaxın media və ekspertlər üçün yenilik deyil...

    Lakin Paşinyana hal-hazırda “sülh müqaviləsi imzalamağı” təkrar-təkrar səsləndirmək lazımdır.. Əcaba, bəlkə Paşinyan,  SSRİ dövründən “Miru mir!" (Dünyaya sülh!) şüarını xatırladan ABŞ Prezidentinin diqqətini bu cür cəlb etməyə çalışır?! Məhz buna görə o, bütün sülh prosesini təhlükəyə atır?!

    Bəli, Konstitusiyaya dəyişikliklər Azərbaycan üçün vacibdir, çünki “Koşeyin iynəsi” məhz orada yerləşir, onun məhvi olmadan qisas və yeni müharibə təhlükəsi həmişə mövcud olacaq!

    Erməni ekspertlər tez-tez belə bir tezisi səsləndirirlər: əgər Ermənistanın revanşist hakimiyyəti olsa və onun Qarabağı ələ keçirmək imkanı olsa, o zaman konstitusiyada ərazi iddialarının olmamasından narahat olmayacaqlar.

    Bəs belə olan halda, bütün bu sülh prosesi nəyə lazımdır?!

    Azərbaycan bunun üçün referendum keçirilməli olduğunu anlayaraq Ermənistan Konstitusiyasına dəyişiklik tələb edir. Biz erməni əhalisinin fikrini almalıyıq: onların hələ də Qarabağa iddiası var, ya yox?!

    Paşinyanın Ermənistanın legitim lideri kimi 2025-ci il mövqeyi əhəmiyyətli deyil, çünki o, 2021-ci il seçkilərində “qurtuluş naminə ayrılma” prinsipini nəzərdə tutan partiya proqramı ilə qalib gəlib.

    İndi isə sülh yolu ilə getmək və ani şəraitin təsiri altına düşməmək vacibdir...

    Məşhur bir zarafatla ifadə etsək: Azərbaycan Ermənistana qol vurub. İndi qolun olduğunu sübut edir və etiraf gözləyir!