14 ildir ki, evimdə balaca bir it saxlayıram. Bu qaraca qızın sevgi və məhəbbətə ehtiyacı var hər zaman. Mənə ziyanı yoxdur. Ağıllıdır. Dəfələrlə evimizə qonaq gələnlər içərisində məni qınayan olub ki, bu iti rədd elə getsin, dinimizdə haramdır.
Bax, həmin o haram dediyiniz it cinsi, o gözəl və etibarlı, sədaqətli, ağıllı canlı, bu ağır günlərdə Türkiyədə dağıntılar altında qalan insanların çıxarılmasında fədakarlıq edir.
İndi birisi mənə başa sala bilərmi ki, it nədən haram sayılsın ki?
Özünə müsəlman deyib , daşı, sementi, armaturu oğurlayan haramdır, yoxsa it?
Haramzadalardansa, itlərə üstünlük verin.