"Dantenin yubileyi" ssenarisi
Şəhriyarın ölümü ilə Azərbaycanda klassik dövr bitdi. Postmodern atlarımızı yəhərlədi
Azərbaycan dili və əlifbası günü elə əvvəldən Şəhriyarın doğum günü ilə -31 iyul, 1 avqust tarixi ilə bağlı olsa da, indi bu sirrə deyəsən bircə mən yetim agaham.
Qəribədir, bu il kimsə Şəhriyarın adını tutmadı.
Səbrin əlini sıxaraq sonadək izlədim bu xəyanəti, bu milli amneziya xəstəliyimizin zenit nöqtəsini.
Şəhriyardan sonra birinizdə o qeyrət olmadı ki, o taylı-bu taylı, Azərbaycanın ədəbi dialoqunu davam etdirəsiniz.
Şəhriyar, bəli, Süleyman Rüstəm ilə birgə bu dialoqu bizlərə amanat qoydu.
Bizə Güneylə ədəbi dialoq çox vacibdir.
Siyasi dialoqdan dəfələrlə mənalı, əhəmiyyətlidir bizimçün.
Noolsun... Özüm deyib, özüm eşidirəm.
Azərbaycan yazarları bu gün Şəhriyarın ən azı haqqını yedi. Adını qulaqardına, gözardına vurdu.
Bütün millət, o taylı bu taylı, Şəhriyarın doğum gününü qeyd etmədi. Ar olsun Arazın hər iki tayına.
Heydər Babanın yumruğu, ildırımları, yeli mənim ixtiyarımdadır. Sizi bu ildırımla vururam. Lənətləyirəm sizləri.
Şəhriyarın çörəyi burnunuzdan gəlsin sizin. Şəhriyarın haqqı deyəsən elə özümdədir. Bu haqqı kimsəyə ötürməyəcəyəm. Bu haqla öz mübarizəmi, yaradıcılığımı davam etdirəcəyəm.
Azərbaycan Yazarlar Birliyi eynən "Dantenin yubileyi" mövzusunu reallaşdırdı Şəhriyarın anım günündə.
Ancaq mən Kəbrilinski deyiləm. Elə o taylı-bu taylı millətimiz də kollektiv Kəbirlinski deyil.
Gedin, öz bitli kəndlərinizdə qeyd edin şit zarafatlarınızı. Yalançı yubileylərinizi. Şəhriyardan şükür əl çəkmisiniz görürəm.Yaxud tərsinə - o birmərrə sizdən öz canını qurtarıb.
Şəhriyarın ölümü ilə həyatımızda klassik dövr bitdi. Postmodern, blogerçilik, tiktokçuluq, saytşünaslıq atlarımız yəhərləri 4-cü informatik inqilab, süni intellekt meydana girdi. "Heydərbaba, sağ ol" dövrü başladı.