XƏBƏRLƏR / Kriminal

Ermənistanda arxiyepiskop iki ay müddətinə həbs edilib

Məlumatı Ermənistan KİV-i yayıb

Ermənistanda arxiyepiskop iki ay müddətinə həbs edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanda məhkəmə Eçmiədzin dəftərxanasının rəhbəri, noyabrın 27-də saxlanılan arxiyepiskop Arşak Xaçatryan barəsində qətimkan tədbiri olaraq iki aylıq həbs qərarı seçib.

    Məlumatı Ermənistan KİV-i yayıb.

    İstintaqın versiyasına görə, Xaçatryan 2018-ci ildə etiraz aksiyası zamanı bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edən fəallardan birinin çantasına narkotik vasitə yerləşdirməyi kiməsə tapşırıb. Xaçatryan bunu etirazçıları gözdən salmaq məqsədi ilə edib.