Ermənistanın qərbindəki Araqatsotn rayonunun Tlik kəndində atışma baş verib, azı iki nəfər odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
Bu barədə Ermənistan KİV-ləri xəbər verir.
“Hadisə zamanı kəndin rəhbəri Slavik Saloyan və oğlu Manvel Saloyan yaralanıb. Məmurun yaşlı anası da yıxılaraq xəsarətlər alıb”, - məlumatda deyilir.
Atəş açan şəxslər hadisə yerindən qaçıblar və hüquq-mühafizə orqanlarının əməkdaşları artıq onların şəxsiyyətini müəyyənləşdiriblər. Faktla bağlı cinayət işi açılıb, polis şübhəliləri axtarır.