Uqandada məktəbə hücum nəticəsində 25 nəfər həlak olub
Bu barədə "Reuters" agentliyi xəbər verir
Uqandada silahlı şəxslərin orta məktəblərdən birinə hücumu nəticəsində azı 25 nəfər həlak olub.
"Reuters" agentliyi xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən Mpondve şəhərində baş verib. Polisin iddiasına görə, hücumu ekstremist “Demokratik güclər alyansı” qruplaşması həyata keçirib. Hadisə zamanı, həmçinin yataqxananın yandırıldığı və ərzaq mağazasının qarət edildiyi bildirilir.
Uqanda hakimiyyətinə müxalif olan “Demokratik qüvvələr alyansı” 1995-ci ildən ölkənin qərbində fəaliyyət göstərir. 2003-cü ildə Uqanda ordusunun zərbələri nəticəsində qruplaşma Konqo Demokratik Respublikasının qərb rayonlarına çəkilib.