Ermənistan rəhbərliyi öz ritorikasında Azərbaycana qarşı “ermənifobiya”, “etnik təmizləmə”, “soyqırım” ifadələrindən istifadə edir. Bu, “qurtuluş naminə ayrılıq” prinsipini təbliğ etmək üçün edilir.
Bununla belə, gəlin, Ermənistanda imici istismar edilən və baş nazir Paşinyanın özü tərəfindən nümunə götürülən milli qəhrəmanlara baxaq.
2018-ci ilin əvvəlində onu hakimiyyətə gətirən aksiyası zamanı Paşinyan qəfildən saqqal çıxarıb və hərbi köynək geyinərək, Roma, Paris və Afinada terror aktları törədən ASALA terrorçusu Monte Melkonyanın imicindən sui-istifadə etməyə başlayıb. Məhz Montenin adı ilə Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə aparılır, Qarabağ - Monte Melkonyanın döyüşmək və terror təcrübəsini ötürmək üçün gəldiyi yerdir. Bu əclaf Ermənistanın ali mükafatlarına layiq görülüb, küçələr, meydanlar, məktəblər onun adını daşıyır...
Paşinyanın hələ də saqqalı var... Terrorçu Montenin imici istismar olunmaqda davam edir... Azərbaycanofobiya güclənir...