XƏBƏRLƏR / Hadisə

Ermənistanda dəhşətli partlayış baş verdi

Yeddi nəfər yaralanıb

Ermənistanda dəhşətli partlayış baş verdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanda yanacaqdoldurma məntəqələrindən birində güclü partlayış baş verib.

    Yerli mətbuat xəbər verir ki, İrəvan-Göyçə yolunun 2-ci kilometrliyində baş verən partlayışdan sonra yanğın başlayıb.

    İlkin məlumatlara görə, yanacaqdoldurma məntəqəsində maye qaz çəni partlayıb. 

    Partlayış nəticəsində 7 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti olduqca ağırdır.

    Hadisə ilə bağlı araşdırma aparılır.