XƏBƏRLƏR / Hadisə

Qırmızı Bazarda traktor minaya düşüb

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb

Qırmızı Bazarda traktor minaya düşüb
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qırmızı Bazar qəsəbəsi yaxınlığında traktor minaya düşüb, xəsarət alan var.

    Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

    Bildirilib ki, noyabrın 11-də Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.