XƏBƏRLƏR / Kriminal

Ermənistanda məhbuslar tez-tez məhkəmə zalından qaçırlar

Bu barədə erməni mətbuatı yazır

Ermənistanda məhbuslar tez-tez  məhkəmə zalından qaçırlar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanda məhbus məhkəmə zalından qaçıb.

    "Hetq" qəzeti xəbər verir ki,  cəzasını Armavir Penitensiar Müəssisəsində çəkən adı çəkilməyən məhbus  cinayət işinin baxışında iştirak etmək üçün məhkəməyə gətirilib. Gözlənilmədən o, hakimlərin və polisin gözü qarşısında məhkəmə salonundan qaçmağa müvəffəq olub. Armavir polisi hazırda qaçan şəxsi axtarır.

    Oxşar hadisə əvvəllər Şirak bölgəsində baş vermişdi. Təqsirləndirilən şəxs məhkəmə binasının pəncərəsini sındıraraq qaçmışdı.