BLOQ

ERMƏNİSTANDA.., YOX DÜNYADA NƏ BAŞ VERİR?

ERMƏNİSTANDA.., YOX DÜNYADA NƏ BAŞ VERİR?
  • Oxuma müddəti:

    5 dəqiqə


  • Bazar ertəsindən başlayaraq Ermənistanın paytaxtında arxalarında niyəsə erməni yox, ingilis dilində "POLİCE" yazılan nəfərlər, baş nazir Nikol Paşinyana qarşı etiraz etmək üçün küçələri bağlayan 125 hökumət əleyhinə nümayişçini saxlayıb. Ümumiyətlə Ermənistan siyasi gündəmində Rusiya meyilli Koçaryan-Sarqsyan tandemi Paşinyanın istefasını tələb edən etirazlar dalğasını sonuncunun ölkə parlamentində Azərbaycanla sülh sazişinin imzalanmasının zəruriliyi barədə çıxışından sonra yenidən qaldırıblar.
    Son illər vətən xainləri damğası ilə yaşayan Sarqsyan və Koçaryanın Ermənistanın gələcəyi və müqəddaratı uğrunda vuruşmalarına bu gün inanmaq sadəlövlükdür. Şübhə yoxdur ki, onlar Moskvanın növbəti Qafqaz planlarının işlək mexanizmləri rolunu oynayırlar. Bəs bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə yüksək səviyyədə görüşən Nikol Paşinyan niyə yenədə Kremlin tuşuna gəldi? 
    Hadisələrin ardıcıl cərayan etməsinə diqqət etsək görərik ki, Paşinyan hakimiyyəti Rusiyanın tuşundan heç vaxt düşməmişdi... Söhbət bu il Rusiyanın vasitəçiliyi olmadan Ermənistan və Azərbaycanın müvafiq sülh razılaşmasına yaxınlaşmasından və Paşinyanın bu barədə açıq şəkildə ölkə Parlamentində çıxışından gedir. Sözsüz ki, rəsmi kreml Koçaryan və Sarqsyan birliyinin Ermənistana və Azərbaycana qarşı törətdiyi cinayətlər haqda külli miqdarda materiallara sahibdir və bu səbəbdən Moskvaya onları nəzarət etmək daha asandır, N.Paşinyan isə ipə-sapa yatmayan birisi olaraq qalır. Bu səbəbdən Qafqazda Rusiyanın Türkiyəyə və artıq Azərbaycana da qarşı vacib və sonuncu bastionu olan Ermənistanı itirmək istəməyən kreml hələ ki, "mülayim güc" istifadə edir. Söhbət 2014-cü ildən 2022-ci ilədək Ukrayna da işlətdiyi "mülayim güc"-dən gedir. Belə ki, Koçaryan-Sarqsyan müxalifət qüvvələri Paşinyana qarşı etirazlarıni bərpa edərək İrəvanda aprelin 17-dən etibarən demək olar ki, hər gün mitinqlər keçirir, yollar bağlayırlar. Növbəti atdım olaraq Dövlət qurumlarının ələ keçirilməsi gözlənilir. Lakin "mülayim güc" ssenarisinin səbrli davamı olaraq Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan ölkə ziyalılarına müraciət edərək, Nikol Paşinyanı Koçaryan-Sarqsyan cütlüyü ilə danışıqlar masasına oturmağa məcbur etməyə çağırıb. Əslində bu çağırış N.Paşinyana dəstək yox, onun hakimiyyətinə savaşsız son qoymaq niyyətidir. 
    Belə ki, bu üçlük bir masa ətrafında əyləşsə, nə Azərbaycanla, nə də Türkiyə ilə yaxın perspektivdə münasibətlər qurulmayacaq, kommunikasiyalar isə açılmayacaq. Əvəzində hərbi canilər və oğrular olan Koçaryan-Sarqsyan tandemi seçkilərdə uduzmaqlarına baxmayaraq, qanundan kənar həlledici səs əldə edəcək və ölkənin müqəddaratını müəyyən etmək hüququnu qazanacaq. Sonra post-sovet məkanında artıq ənənəyə çevrilmiş texnologiyalar əsasında legitimlik məsələləri həll olunacaq və  bununla da Paşinyan arxa plana keçərək, qərar qəbul etmək rıçaqlarını itirəcək. 
    Nəticədə Ter-Petrosyan-Koçaryan-Sarqsyan revanşizmini qeyri qanuni yolla hakimiyyətə gələcək və "mülayim güc" ssenarisi tam yekünlaşacaq. Qısa bir müddət keçdikdə inqilab öz valideynini, yəni Levon Ter-Petrosyanı ləğv edəndən sonra Ermənistan bir mənalı və dönməz şəkildə Rusiya vassalına çevriləcək və çətinliklə də olsa Türkiyə və Azərbaycana tərəf açılmaqda olan danışıqlar qapıları yenədə bağlanacaq və regionda yaranmaqda olan stabilliyə son qoyulacaq. Qafqazda yenədə "soyuq müharibə" düvrü başlayacaq. Qarabağdakı vəziyyət getdikcə qeyri stabil olmaqla Rusiya-Azərbaycan münasibətlərində ciddi rol oynamağa başlaya bilər.
    Çətin sual: "Hadisələrin bu cür cərəyan etməməsi üçün nə etmək lazımdır..?" 
    P.S. Ümumiyyətlə müassir və rəqəmsal dövrə daha çox yaraşan Koronavirus oyunları ilə dünya əhalisinin sayını azalda bilməyənlər düşünürəm məqsədlərindən hələ də dönməyiblər. Bu dəfə onlar artıq əsrlərlə yoxlanılmış və insanları külli miqdarda məhv etməkdə 100% effekt verən, dünya kimi əski müharibələr texnologiyalarına qayıdırlar. Ola bilsin ki, 2025-ci ilə qədər bütün dünyanı müharibələr bürüsün... Allah bizi qorusun!
    Bu barədə daha geniş xabərləri ANS ChM teleqram kanalında oxuya bilərsiniz. https://t.me/AnsChM