Bu gün Azərbaycanın iki Milli Qəhrəmanının anım günüdür
Əliyar Əliyev və Yuri Kovalyov Birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq Şəhid olublar

Bu gün Azərbaycanın Milli Qəhrəmanları Əliyar Əliyev və Yuri Kovalyovin anım günüdür.
Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub.
Qarabağ müharibəsi başlayandan sonra Əliyar Əliyev könüllü olaraq cəbhəyə ilk gedənlərdən olub.
1992-ci ilin aprel ayında Əliyar Əliyev batalyon komandiri təyin edildi. O, Ermənistanla sərhəddə müdafiəni gücləndirmək üçün əməliyyat tədbirləri həyata keçirib.
Yuri Kovalyov (Çornı) 29 may 1965-ci ildə Göyçay rayonunda anadan olub. 1972-ci ildə Yuri ailəsi ilə Rusiyanın Krasnodar vilayətinə köçüb, beş ildən sonra isə Bakıya qayıdıb. 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında xidmət edib.
Doğma Azərbaycan üçün çətin günlər başlayan kimi o, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis bölmələrinə qoşulub.
Ruhları şad olsun...