2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
• Şuşa şəhəri işğaldan azad edilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib.
• Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edərək onu Şuşa şəhərinin işğalçılardan azad olunması münasibətilə təbrik edib.
• Prezident İlham Əliyev Türkiyənin xarici işlər və milli müdafiə nazirlərini qəbul edib.

• Müdafiə Nazirliyi: Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir.

• Xalqımız Şuşanın azad olunmasını böyük coşqu ilə qeyd edir:

• Döyüş əməliyyatları müxtəlif intensivlikdə cəbhənin əsasən Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi, dörd T-72 tankı, iki D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili sıradan çıxarılıb.
• Cəbhənin Xocavənd istiqamətində Ermənistan ordusunun ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib. Düşmənin yüksəkvəzifəli şəxsləri məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçıb.

2 dəqiqə