BLOQ / Yaddaş

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Müharibənin 15-ci günü

Vətən müharibəsinin xronikası: 11 oktyabr
11 oktyabr 2020-ci il, Gəncə
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

    • Ermənistan Gəncənin dinc sakinlərini növbəti dəfə hədəfə alıb. Gecə saatlarında şəhərə atılan raketlərdən bir neçəsi yaşayış binalarına düşüb. Ölənlər və yaralananların olduğu bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də təcili tibbi yardım briqadası cəlb olunub. 

    • Baþ Prokurorluðun məlumatına görə, Ermənistan silahlı qüvvələri gecə saat 2 radələrində Gəncə şəhərini raket atəşinə tutub. İlkin məlumata görə, xain hücum nəticəsində 3-ü qadın olmaqla, 7 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan çox çoxmənzilli yaşayış binasına və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

    • Gəncədə düşmənin raket atəþi nəticəsində daðýlan binada axtarış-xilasetmə iþləri yekunlaşıb. Dağıntılar altından xəsarət almış 17 nəfər və 9 cəsəd çıxarılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

    • Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Gəncə þəhərində mülki əhaliyə qarşı törətdiyi qanlý terror aktı ilə bağlı dünya birliyinə müraciət edib.

    • Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, sursatla dolu 5 yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 “Qvozdika” özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    • Düşmənin gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” Ýstilik Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 kilometr uzaqdakı Mingəçevirə atdığı raketləri Ordumuzun Hava Hücumundan Müdafiə Qüvvələri zərərsizləşdiriblər.

    • İtirdikləri mövqeləri geri qaytarmaq məqsədilə oktyabrın 10-dan 11-nə keçən gecə hücuma cəhd göstərən düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri məhv edib.

    • Baþ Prokurorluğun məlumatı: Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 11 oktyabr saat 13:00-a olan məlumata görə, 41 mülki şəxs həlak olub, 205 nəfər isə xəsarət alıb, 1165 ev, 57 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşüb.

    Erməni faşistləri cəbhənin Füzuli-Cəbrayıl istiqamətində dinc əhalinin yaşadığı əraziyə "Toçka-U" raketi atıblar.