Ermənistandan Azərbaycana keçmək istəyən şəxsə hökm oxundu
Şirvan Apellyasiya Məhkəməsi qərar verib
Ermənistandan Azərbaycana keçmək istəyən Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimirin məhkəmə prosesi başa çatıb.
Şirvan Apellyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimir Ermənistan- Azərbaycan dövlət sərhədini qanunsuz keçərkən saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi cərçivəsində ona Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə ittiham irəli sürülüb.